AZ   |   RU
Türkiyə klubu beş futbolçunun transferini açıqladı


Türkiyənin “Trabzonspor” komandası heyətinə beş yeni futbolçu qatıb.

Missiya.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “bordo-mavililər” Ozan Tufan, Denis Draquş, Con Landstrem, Borna Barişiç və Entoni Nvakaeme ilə anlaşıb. Həmin oyunçularla yaxın zamanda rəsmi müqavilə imzalanacaq.

Ötən mövsüm Türkiyə Superliqasını üçüncü pillədə bitirən “Trabzonspor” UEFA Avropa Liqasında oynamaq hüququ əldə edib.

Zərintac Mayisqızı
Missiya.Az





  • 24-06-2024, 15:45