AZ   |   RU
Cənubi Koreyada yanğın nəticəsində 20 nəfər ölüb


Cənubi Koreyada litium akkumulyatorları zavodunda baş verən yanğın nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Missiya.Az
 xarici KİV-ə istinadən xəbər verir ki, yanğın yerli vaxtla saat 10:31-də Hvasonq şəhərindəki zavodda başlayıb. Hadisə baş verən vaxt binada 67 fəhlə olub. Onların çoxu xilas olmağı bacarsa da, ilkin ehtimala əsasən, 23 nəfər yanğın baş verən binada qalıb. Yanğın söndürüldükdən sonra binadan 19 meyit tapılıb. Bununla da ölənlərin sayı 20-yə çatıb, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın zamanı bir neçə akkumulyatorun partlaması alovu daha da gücləndirib. Bu da yanğının söndürülməsi prosesinə əngəl törədib.

Hazırda ərazidə axtarış işləri aparılır.


Zərintac Mayisqızı
Missiya.Az




  • 24-06-2024, 12:53