AZ   |   RU
Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib


Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketini, o cümlədən Rusiya LNG-nin Avropa limanları vasitəsilə tranzitinə məhdudiyyətlər qəbul edib.

Missiya.Az
xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.

Yenilənmiş sanksiya siyahılarına Rusiyadan olan 116 fiziki və hüquqi şəxs daxil edilib.

14-cü sanksiyalar paketinə daha nələr daxildir?
▪️Aİ şirkətləri üçüncü ölkələrdəki törəmə şirkətlərinin Rusiya Federasiyasına qarşı sanksiyalardan yayınmamasını təmin etmək üçün məsuliyyət daşıyırlar:
▪️Aİ Arctic LNG-2 və Murmansk LNG kimi LNG layihələrinin tamamlanması üçün investisiyaların qoyulmasını, malların, texnologiyaların və xidmətlərin təqdim edilməsini qadağan edib;
▪️Aİ 14-cü sanksiya paketinə Rusiya Federasiyası, Çin, BƏƏ, Türkiyədən 61 şirkəti daxil edib, onlara qarşı ikili istifadə texnologiyalarının ixracına məhdudiyyətlər qoyulub;
▪️Aİ Rusiyadan helium idxalını və manqan filizlərinin, bir sıra plastik növlərinin, nadir torpaq elementlərinin, elektron komponentlərin Rusiya Federasiyasına ixracını qadağan edib;
▪️Aİ öz aviaşirkətlərinə Rusiyadan fiziki və hüquqi şəxslərin sifarişi ilə dünya üzrə çarter və şəxsi uçuşlar həyata keçirməyi qadağan edib;
▪️Üçüncü ölkələrə hərbi mallar satan Aİ şirkətləri onların Rusiyaya təkrar ixracı ilə bağlı riskləri müəyyən etməli və qiymətləndirməlidir.
▪️Ukrayna mənşəli olduğundan şübhələnilən mədəni və tarixi dəyərlərin satışına Rusiya tərəfindən qadağa.


Zərintac Mayisqızı
Missiya.Az




  • 24-06-2024, 11:37