AZ   |   RU
Mahaçqala və Dərbənddə antiterror əməliyyatı başa çatıb
 
Mahaçqala və Dərbənddə antiterror əməliyyatı başa çatıb. 


Missiya.Az xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsi (NAC) məlumat yayıb.


Qeyd olunur ki, “vətəndaşların həyatı və sağlamlığı üçün təhlükələrin aradan qaldırılması” ilə əlaqədar olaraq keçirilən antiterror əməliyyatının hüquqi rejimi ləğv edilib. Hücum edənlər zərərsizləşdirilib.


Xatırladaq ki, iyunun 23-də Dərbənd və Mahaçqalada silahlı yaraqlılar iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Terror aktları ilə bağlı cinayət işləri açılıb. Son məlumatlara görə, 15-dən çox polis əməkdaşı, həmçinin bir neçə mülki şəxs, o cümlədən Rus Pravoslav Kilsəsinin keşişi terror aktlarının qurbanı olub.


Regionun rəhbəri Sergey Melikov Dağıstanda üç günlük matəm elan edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 24-06-2024, 10:09