AZ   |   RU
Mingəçevirdə güclü külək ağacları aşırıb, 5 nəfər xəsarət alıb


Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb.

Küləyin ağacları aşırması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib.




  • 20-06-2024, 21:48