AZ   |   RU
"Mənə qarşı planlar qurmayın, xəbərlər tez çatır" - Aparıcı


"Mən zərbəni ömürboyu dost bildiklərimdən almışam. Kürəyimə "bıçağı" dost dediklərim vurub. Mənim bir sifətim var, ya dostam, ya da deyiləm. Orada-burada oturub mənə qarşı planlar qurmayın. Siz oturduğunuz yerdən xəbərlər mənə tez çatır".

Missiya.Az
 xəbər verir ki, bu sözləri aparıcı Lamiyyə Ələkbərova öz sosial şəbəkə hesabında yazıb.

"1995-ci ildən indiyə kimi çox pisliklər görmüşəm. Bunları yaxşılıq edib, çörək verib, yollarını açdığım adamlardan görmüşəm. Üzümə necə baxırsınız? Necə gülürsünüz? Necə xəbər göndərirsiniz ki, məni çox istəyirsiniz? Mənimlə necə görüşüb-öpüşürsünüz ki, kənarda torba tikirsiniz? Ayıb! Məndən yox, Allahdan qorxun. Hələki bu qədər. Bir az da irəli getsəniz, çox pis ola bilər. Stop!", - deyə o əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 20-06-2024, 09:33