AZ   |   RU
Azərbaycanda iki gündə itkin düşmüş 20 nəfər tapıldı


Azərbaycanda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir.



Missiya.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.


Bildirilib ki, 15-16 iyun tarixlərində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 20 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Hər bir müraciət üzrə müvafiq araşdırmalar davam etdirilir.



  • 17-06-2024, 13:33