AZ   |   RU
Bu gün futbol üzrə Avropa çempionatına start veriləcək

Almaniyanın ev sahibliyi edəcəyi futbol üzrə Avropa çempionatında (AVRO 2024) bu gün ilk qarşılaşma baş tutacaq.


Missiya.Az xəbər verir ki, turnirin açılış matçında A qrupunda ev sahibi Almaniya və Şotlandiya milli komandaları üz-üzə gələcək.


Qeyd edək ki, “Allianz Arenada” keçiriləcək Almaniya-Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Məlumata görə, oyunu fransalı hakim Klement Turpin idarə edəcək.

 


Daşqın Həsənov
Missiya.Az



  • 14-06-2024, 10:27