AZ   |   RU
"Qəzzada atəşkəs çağırışlarına qan tökərək cavab verən təkəbbürlə qarşı-qarşıyayıq” - Ərdoğan

“Qəzzada və işğal olunmuş Fələstin torpaqlarında 250 gündür davam edən soyqırım hər kəsin vicdanını qana bulayır”.


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə Türkiyə-İspaniya İş Forumunda çıxışı zamanı deyib.


O, bildirib ki, biz İspaniyanın İsrail vəhşiliyinə qarşı mövqeyini yüksək qiymətləndiririk”.


"Qəzzada atəşkəs çağırışlarına qan tökərək cavab verən təkəbbürlə qarşı-qarşıyayıq. Heç bir vicdanlı ölkənin belə bir vəziyyəti qəbul etməsi mümkün deyil", - deyə Ərdoğan vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • 13-06-2024, 15:05