AZ   |   RU
Millimiz Ermənistan yığması ilə qarşılaşacaq

Kosovonun paytaxtı Priştinada keçiriləcək basketbolun 3X3 növü üzrə Avropa kubokunda Azərbaycan millilərinin oyunlarının başlama saatı açıqlanıb.


Missiya.Az Musavat.com-a istinadən xəbər verir ki, kişilərdən ibarət komandamız təsnifat mərhələsində ilk görüşünü saat 11:30-da Ermənistan qarşı keçirəcək.


Basketbolçularımız ardınca müvafiq olaraq ev sahibləri, Kipr və Albaniya ilə üz-üzə gələcək.


8 iyun
11:30. Ermənistan – Azərbaycan
16:10. Azərbaycan – Kosovo
19:40. Kipr – Azərbaycan
23:45. Azərbaycan – Albaniya


Digər qrupda Malta, Lüksemburq, Andorra və İrlandiya mübarizə aparacaq.


Qadınlardan ibarət milli isə ilk matçında Malta, daha sonra Lüksemburqla qarşılaşacaq.


8 iyun
17:50. Azərbaycan – Malta
23:20. Azərbaycan – Lüksemburq


Digər qrupda İrlandiya, Andorra, Kosovo və Kipr gücünü yoxlayacaq.


Qeyd edək ki, iyunun 8-9-da keçiriləcək oyunlarda ilk pillənin sahibi birbaşa Avropa kubokunun həlledici mərhələsinə vəsiqə qazanacaq. Qrup ikinciləri və üçüncüləri çarpaz şəkildə digər qrupla mərhələ adlayacaq növbəti komandanı müəyyənləşdirəcək.





  • 7-06-2024, 11:44