AZ   |   RU
"Beşiktaş" Türkiyə Kubokunun sahibi olub

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub.


Missiya.Az “Report”a istinadən xəbər verir ki, “Atatürk Olimpiya Stadionu”nda baş tutan final matçında “Beşiktaş” və “Trabzonspor” komandaları üz-üzə gəlib.


Oyun İstanbul klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.


Görüşdə hesabı 13-cü dəqiqədə qaradənizlilərin heyətində Poul Onuaçu açıb. Fasilə ərəfəsində Raşid Qezzal “status-kvo”nu bərpa edib. 54-cü dəqiqədə Salih Uçan “ağ-qaralar”ı hesabda önə çıxarıb. Final fitinə 1 dəqiqə qalmış Nikolas Pepe növbəti dəfə hesaba tarazlıq gətirsə də, 90+4-cü dəqiqədə "Beşiktaş"ın heyətində adını tabloya yazdıran Əl Müsrati komandasına qələbə qazandırıb.


Qeyd edək ki, bu nəticə ilə "Beşiktaş" tarixində 11-ci dəfə ölkə kubokunun sahibi olub.



  • 24-05-2024, 01:06