AZ   |   RU
Soyuducunuzu yay meyvələri ilə doldurun, çünki...

 

Soyuducunuzu yay meyvələri ilə doldurmağa başlayın, çünki bu meyvələr arıqlama prosesində sizə çox kömək edəcək.


Qeyd edək ki, bu meyvələr təkcə arıqlamaq üçün deyil, insan səhhəti ilə bağlı bir sıra xəstəliklər, həmçinin orqanizmamızı vitaminlərlə zənginləşdirmək üçün faydalıdır.


Türkiyəli dietoloqlar bildirirlər ki, gilas və vişnə hər ikisi aşağı glisemik indeksli meyvələrdir. Bu xüsusiyyətlər onların daha sonra qana sorulmasına imkan verir və arıqlamağa kömək edir. Sidikqovucu xüsusiyyətlərə malikdir. Tərkibindəki antosiyaninlər sayəsində ağrılara qarşı təsirlidir.


Tədqiqatçıların apardıqları araşdırmalar nəticəsində məlum olub ki, 20 gilas  bir aspirinə bərabərdir və tərkibindəki antosiyanin maddəsi E və C vitaminləri kimi antioksidant təsirə malikdir. 


Alça isə C və A vitaminləri, kalium və lifin mənbəyidir. Antioksidant qabiliyyəti yüksək olan bu meyvə detoks xüsusiyyətinə də malikdir. Həzmi asanlaşdırır və qəbizlik üçün faydalıdır. Arıqlamağa kömək edən vacib bir qəlyanaltı alternatividir. 


Vitamin və minerallarla zəngin, antioksidant qabiliyyəti yüksək olan bir meyvə qarpızdır. Xüsusilə kalium və maqneziumla zəngindir. Bundan əlavə, C və A vitaminləri ilə zəngin olan qarpız insanı xərçəngdən qoruyur. Bağırsaq hərəkətlərini tənzimləyərək qəbizliyin qarşısını alır. Bol su tərkibi ilə selülitin əsas düşmənlərindən biridir, lakin qarpızın istehlak miqdarına diqqət yetirilməlidir. 


Orta ölçülü bir manqo, demək olar ki, gündəlik tövsiyə olunan C vitamini miqdarını ehtiva edir. Bu xüsusiyyəti ilə yağ yandırmağa kömək edən ən qiymətli yay meyvəsidir. Həm də yaddaşı gücləndirir. A, C və E vitaminləri və dəmirlə zəngindir. 


Təkcə böyürtkən deyil, demək olar ki, bütün giləmeyvə qidaları arıqlamağa kömək edir. Qara tut, moruq kimi meyvələri bu siyahıya daxil etmək olar. Bu meyvələr də yaxşı bir qəlyanaltı alternatividir. 1 kiçik kasa moruq (100 qr) 64 kalori ehtiva edir. Bütün qırmızı meyvələr aclığı yatıran lifin böyük mənbəyidir. Bu baxımdan, moruq qırmızı meyvələr arasında ən çox lif ehtiva edir. 


Şaftalı isə həzmi asanlaşdırır və maddələr mübadiləsini sürətləndirməyə böyük təsir göstərir. Böyrəklərin və öd kisəsinin nizamlı işləməsini təmin edir. Çox yaxşı sidikqovucudur. C, A və B3 vitaminləri, həmçinin kalium və fol turşusu ilə zəngindir.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 23-05-2024, 16:19