AZ   |   RU
“Arda Gülər qarşısıalınmaz futbolçu olacaq" - Qvardiola

"Real Madrid” klubu Arda Güləri tez-tez oynatsa, bu uşaq qarşısıalınmaz futbolçu olacaq".


Missiya.Az “Defensa Central”a istinadən xəbər verir ki, bunu “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola deyib.


İspaniyalı mütəxəsis bildirib ki, Arda Gülər "Siti"dən ayrılacağı gözlənilən Bernardo Silvaya əla alternativ ola bilər, lakin bunun üçün artıq gecdir.


Qvardiola ötən ilin yay mövsümündə “Siti”nin türkiyəli ulduz futbolçunu gözdən qaçırdığına inana bilmədiyini qeyd edib.



Daşqın Həsənov
Missiya.Az

 




  • 23-05-2024, 16:00