AZ   |   RU
Şabranda Birinci Qarabağ müharibəsinin şəhidi Cəlil Şaxayev dəfn edilib - YENİLƏNİB


Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cəlil İsa oğlu Şaxayevlə Şabran şəhərində keçirilən vida mərasimi başa çatıb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, şəhidin nəşi Şabran şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Şabran rayonunun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.




  • 23-05-2024, 14:41