AZ   |   RU
23 may bu əlamətdar günlərlə xatırlanır


Demək olar ki, hər gün önəmli tarixi hadisələrlə xatırlanır.

Missiya.Az 
xəbər verir ki, 23 may da bu əlamətdar günlərlə yadda qalıb:

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır: Hər il ölkəmizdə mayın 23-ü, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixində imzaladığı Sərəncama uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

23 may 1923-cü ildə Bakıda Mərkəzi Dövlət Kitabxanası açılıb: Hazırda Mirzə Fətəli Axundovun adını daşıyan bu kitabxana öz fəaliyyətini uğurla davam etdirməkdədir.

Bu gün habelə Beynəlxalq Güləş Günüdür: Güləş idmanın ən qədim növlərindəndir. Müntəzəm şəkildə Olimpiadanın proqramında yer alan güləş mübarizə, əzmkarlıq, güc və dəyanətin rəmzidir. Türk və İslam dünyasında da məşhur olan güləş ata idmanımız sayılır. Təsadüfi deyil ki, bütün idman növləri arasında beynəlxalq yarışlarda, xüsusən də Olimpiadalarda, dünya və Avropa çempionatlarında Azərbaycan adına ən böyük uğurlara güləşçilərimiz imza atıb.

Zərintac Mayisqızı
Missiya.Az




  • 23-05-2024, 14:16