AZ   |   RU
Yay aylarında Bakı və ətraf ərazilərdə içməli su problemi yaşanacaq? - AÇIQLAMA


İl ərzində Bakıətrafı kənd və qəsəbələrdə su çatışmazlığı, qıtlığı ilə bağlı problemlər yaşanıb, insanlar həmişə şikayətlənib. Bütün media orqanlarında həmin məsələ dəfələrlə işıqlandırılıb. Bəs, görəsən bu yay su qıtlığının yaşanmaması üçün hansı tədbirlər həyata keçirilir? İşlərə başlanılıbmı?

Mövzu ilə əlaqədar “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O Missiya.Az-a açıqlamasında bildirib ki, Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən əhalinin dayanıqlı su təminatının aparılması üçün lazımi tədbirlər görülüb:



“Qış aylarında anbarların yuyulub təmizlənməsi, hidrometrik qurğuların təmiri, xətlərin təftiş olunması, yenilənməsi işləri həyata keçirilir. Eyni zamanda bu il yağıntılar, su ehtiyatları baxımından yaxşı il olub. Son 6-7 ilin ən bol sulu ilidir. Hazırda Bakı şəhərini içməli su ilə təmin edən həm Taxtakörpü, həm də Ceyranbatan su anbarlarında tam doluluq təmin olunub. Nəticədə yay fəslində biz əhalini daimi içməli su ilə təmin edəcəyik. Bildiyimiz kimi, qış mövsümündə qış rejimi, yay fəslində yay rejimi tətbiq olunur. Qış aylarında Bakı şəhərinə təxminən 11 kubmetr su veririk, lakin yayda 15 – 15.5 kubmetrədək artır. Görülmüş tədbirlər nəticəsində bu yay əhalimizi dayanıqlı içməli su ilə təmin edəcəyik. Əhalinin bir hissəsi əvvəlki kimi fasiləli rejimlə su alacaq. Bu əsasən Bakıətrafı əraziləri əhatə edəcək. Böyük bir hissəsi isə davamlı şəkildə su ilə təmin olunacaq. Ötən ilki kimi yay rejimində yenə bizim tənzimləmə işlərimiz aparılacaq. Bəzi ərazilərdə gecə saatlarında suyun verilişi azaldılacaq, su anbarı ehtiyatı toplanılacaq, bəzi yerlərdə su kranlarının təmizləmə işləri həyata keçiriləcək. Bu əsasən Bakətrafı ərazilərə şamil olunacaq. Hansı ki həmin ərazilərdə içməli sudan daha çox suvarma kimi də istifadə edilir. Eyni zamanda, yaşıllıq, bağ-bağatların suvarılmasında istifadə olunur. Tənzimləmə rejimləri aparılmaqla əhalini içməli su ilə təmin edəcəyik. Bizim qəza briqadalarımız da daim iş başında olacaq, yayda gücləndirilmiş iş rejimində çalışacağıq ki, baş verə biləcək qəzaları operativ aradan qaldıraq”.

Zərintac Mayisqızı
Missiya.Az





  • 23-05-2024, 13:12