AZ   |   RU
"Bunlar düzələn deyil"- aparıcı


"Atam, bunlar düzələn deyil! Bakida 3 gün ərzində Orta Asiya və "Middle East"in ən böyük texnoloji sammiti keçirilirdi. Aparıcılarından biri də mən idim".



Missiya.Az xəbər verir ki, bu fikirləri aparıcı Hüsniyə Məhərrəmova sosial şəbəkədə bildirib.


Ardınca o qeyd edib ki, ikinci günün açılış sessiyasından sonra zaldan çıxarkən, sammit iştirakçıları, xaricdən olan qonaqlar, ünvanıma o qədər xoş söz, kompliment dedilər ki, qızarıb donum rəngdə olmuşdum.


"Bu anda yalnız bir azərbaycanlı mənə yaxınlaşıb "Hüsniyə xanım, salam, "launch" sözünü düzgün tələffüz etmirsiniz, o söz "lonç" kimi deyilir" dedi. Tənbəllik eləmədim, girdim yoxladım. Mən elə düz deyirmişəm. "Lonç", yox bir hamam... İkincisi də, düşünürəm, insanda nə qədər tərbiyyəsizlik olmalıdır ki, səndən soruşulmadığı halda, tanımadığın adama onun səhvini deyəsən, düzəldəsən"-deyə aparıcı əlavə edib.


Leyla SƏMƏNDƏR

Missiya.Az



  • 22-05-2024, 16:13