AZ   |   RU
“Ukrayna münaqişəsi sülh yolu ilə həll edilməlidir” - Hakan Fidan

“Rusiya-Ukrayna müharibəsində daha çox qan tökülməsinin qarşısını almaq üçün səylərimizi davam etdiririk”.


Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Milli Müdafiə Komissiyası sədrlərinin 1-ci toplantısında çıxışı zamanı deyib.


O, bildirib ki, Ankara Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam dəstəkləyir.


“Rusiya-Ukrayna müharibəsi sülh yolu ilə həll edilməlidir”, - deyə siyasətçi vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • 22-05-2024, 15:06