AZ   |   RU
21 may-Beynəlxalq Çay Günüdür


21 may-Beynəlxalq Çay Günü kimi qeyd olunur.

2019-cu ildə BMT-nin Baş məclisi bu günü Beynəlxalq Çay Günü elan edib. 2020-ci ildən bu gün rəsmi bayram olaraq keçirilməyə başlayıb. Çay ağacının vətəni Çin hesab edilir. Çinlilər yarpaqdan hazırlanmış həlimin insan orqanizmi üçün faydalı təsirlərinə diqqət yetirib və bu bitkini becəriblər.

Sözügedən tarixin məqsədi dayanıqlı çayçılıq fəaliyyətlərinin gəlirli bir fəaliyyət sahəsi kimi iqdisadiyyatın və gəlir mənbələrinin şaxələnməsində, həmçinin aclıq və yoxsulluqla mübarizədə əhəmiyyətini vurğulamaqdır. İlk çay bayramı 2004-cü ildə Hindistanın Mumbay şəhərində qeyd olunub.

Azərbaycanda da bu sahənin inkişafı 1970-1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon kubmetr olan Xanbulançay, 1986-cı ildə Masallı rayonunda tutumu 46 milyon kubmetr olan Viləşçay su anbarları tikilərək istifadəyə verilib. Həmin dövrdən etibarən çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılıb. Eyni zamanda, ölkədə çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay yarpağının emalına imkan yaradıb, ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini təmin edib.

Azərbaycanda "Çayçılıq haqqında" Qanun və müxtəlif dövlət proqramları qəbul olunub.

Zərintac Mayisqızı
Missiya.Az




  • 21-05-2024, 10:07