AZ   |   RU
Azərbaycan kikboksçusu 11-ci dəfə WAKO versiyası üzrə Dünya Kubokunun qalibi olub


Azərbaycan idmançısı Eduard Məmmədov Türkiyənin İstanbul şəhərində kikboksinqin WAKO versiyası üzrə Dünya Kubokunu qazanıb.



Missiya.Az "Report"a istinadən xəbər verir ki, təmsilçimiz 63 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


E.Məmmədov "master class" kateqoriyasında "Light Contact ve Kick Light" versiyasında ümumi 5 döyüşə çıxıb.


Finalda İsveç idmançısı Ahlvarsson Olaya qalib gələrək iki qızıl medal qazanıb. Bununla da o, 11-qat WAKO versiyası üzrə Dünya Kubokunun qalibi olub.



  • 18-05-2024, 19:42