AZ   |   RU
EBRD Ermənistana 12 milyon avro ayırıb


Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Zəngəzurda gömrük mərkəzinin yaradılması üçün Ermənistana 12 milyon avro kredit verəcək.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti ilə EBRD arasında müvafiq saziş imzalanıb.

Yeni mərkəz digər dövlət müfəttişliklərinin nümayəndələrini “bir pəncərə” prinsipi üzrə bir araya gətirəcək.

Sənədi EBRD-nin İrəvanda keçirilən illik iclası zamanı Ermənistanın maliyyə naziri Vahe Ovannisyan və bank nümayəndələri imzalayıblar.



  • 14-05-2024, 20:00