AZ   |   RU
Alma sirkəsinin hansı faydaları var?

 

Meyvələr arasında ən çox sevilən, yeyilən meyvələrdən biri almadır. Yer kürəsinin mülayim iqlim qurşağında yerləşən bütün bölgələrində alma istehsalı üçün əlverişli torpaq-iqlim şəraiti var. Bu səbəbdəndir ki, mövsümündən aslı olmayaraq, istədiyimiz zaman bu meyvəni tapa bilirik.


Biz bu meyvəyə şəfalı meyvə də deyə bilərik. Çünki almanın bir sıra faydaları var.


Mütəxəssislər deyirlər ki, alma ürək-damar sisteminin işini yaxşılaşdırır, kök adamların arıqlamasını təmin edir,iştahı artırır, qəbizliyi aradan qaldırır, dişləri möhkəmləndirir. 


Alma kimi ondan hazırlanan alma sirkəsi də sağlamlıq üçün olduqca faydalıdır.  Çünki onun tərkibində çoxlu C vitamini, kalsium, kalium və müxtəlif faydalı kimyəvi birləşmələr var.


Bu məhsul immuniteti gücləndirir və bədənin turşu balansını tənzimləyir. Şəkər xəstəliyindən əziyyət çəkənlərin qan şəkərini stabilləşdirir.


Qandakı şəkər və insulin miqdarını normada saxlamaq üçün gündə 1 xörək qaşığı sirkəni 1 stəkan suya qarışdırıb içmək lazımdır. Sirkə meyvə suyuna qarışdırılaraq qəbul edildikdə daha effektli olur. 


Alma sirkəsi qanı duruldur,  qızdırmanı aşağı salır, sinir sistemini sakitləşdirir. Alma sirkəsi qatılmış su içmək soyuqlama əlamətlərini də aradan qaldırır, boğaz iltihabına faydalı gəlir, bala qatılıb içildikdə öskürəyi kəsir. Həmçinin yorğunluğu aradan qaldırır.


Sirkəni su ilə qarışdırıb içməklə artıq piylərdən azad olmaq olar. Bu məqsədlə hər səhər acqarına 1 stəkan isti suya 1 çay qaşığı alma sirkəsi tökülüb içilir. Lakin mədə problemi olanlar  istifadə zamanı diqqət etməli, yaxud həkim məsləhəti almalıdırlar. Sözügedən şəxslər 1 çay qaşığı sirkəni 1 stəkan suya qarışdırıb yeməkdən sonra gündə 2-3 dəfə istifadə edə bilərlər.


Alma sikəsi bağırsaq sisteminin də fəaliyyətini yaxşılaşdırır.Eyni zamanda, saçları parlaqlaşdırır, dəridəki ölü hüceyrələri təmizləyir. Quru dəriləri nəmləndirir, dərini ağardır, təmizləyir,  bir sözlə dərini cavan saxlayır.


Alma sirkəsinin orqanizm üçün faydaları o qədər çoxdur ki, saymaqla bitməz.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 2-05-2024, 13:00