AZ   |   RU
Hakan Fidan Niderlanda səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 19-da Vittenburq Konfransının 10-cu Toplantısı çərçivəsində Niderlanda səfər edəcək.


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, siyasətçi Amsterdamda niderlandlı həmkarı Hanke Bruins Slot ilə də görüşəcək.


Bildirilir ki, tərəflər Yaxın Şərqi və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.



Daşqın Həsənov
Missiya.Az



  • 18-04-2024, 12:17