AZ   |   RU
Vaşinqton Azərbaycan və Ermənistan arasında sülhün mümkün olduğuna inanmağa davam edir - ABŞ Dövlət Departamenti

“ABŞ dövlət katibi Entoni Blinken Bakı ilə İrəvan arasındakı böhranın həllində şəxsən iştirak edir”.


Missiya.Az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel deyib.


“Bu, dövlət katibinin problemlərin həllində şəxsən dərindən iştirak etdiyi dünyanın bir hissəsidir. O, fəaliyyəti dövründə hər iki ölkə ilə daim əlaqə saxlayıb”, - deyə siyasətşi vurğulayıb.


Patel iki ölkə arasında sülhün mümkün olduğuna inanmaqda davam etdiklərini bildirib.


O, qeyd edib ki, Vaşinqton bu istiqamətdə işləməyə davam edəcək.



Daşqın Həsənov
Missiya.Az



  • 1-05-2024, 10:05