AZ   |   RU
12 əyalətdə İŞİD-ə qarşı əməliyyat - 41 nəfər saxlanılıb

 

Türkiyədə 12 vilayətdə terror təşkilatı İŞİD-ə qarşı keçirilən “Bozdoğan-34” əməliyyatlarında 41 şübhəli ələ keçirilib.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında bildirib.

O, əməliyyat çərçivəsində Boluda 5, Əskişəhərdə 1, İstanbulda 10, Kırıkkaledə 5, Kilisdə 5, Kocaelidə 4, Nevşehirdə 3, Sakaryada 1, Qaziantepdə 1, Şanlıurfada 1 əməliyyat keçirib 3-ü Düzcə, 1-i Düzcə, 2-si Manisada olmaqla, ümumilikdə 41 İŞİD terror təşkilatı üzvünün ələ keçirildiyini qeyd edib.

"Əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm. Allah rəhm eləsin. Millətimizin duaları sizinlədir”,-deyə nazir əlavə edib.

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 1-05-2024, 09:51