AZ   |   RU
Qəzzada 10 mindən çox insan dağıntılar altında qalıb

 

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda ən azı 10 mindən çox insanın dağıntılar altında itkin düşdüyü bildirilir. 


Missiya.Az xəbər verir ki, mövzu ilə bağlı Qəzza Mülki Müdafiə Müdirliyi məlumat yayıb.


Açıqlamada Qəzzada itkin düşənlər də daxil olmaqla, ölənlərin ümumi sayının 44 mini keçdiyi qeyd edilib.


Canlı qüvvə və avadanlıq çatışmazlığı səbəbindən axtarış-xilasetmə işlərinin 2-3 il çəkə biləcəyi və Birləşmiş Millətlər Təşkilatı rəsmilərinin Qəzza zolağında İsrailin hücumlarından ən az 37 milyon ton dağıntının qaldığını təxmin etdiyi bildirilib. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 30-04-2024, 17:26