AZ   |   RU
Zelenski Aİ sammitində mütttəfiqlərinə mesaj ötürüb

 

Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı (Aİ) liderlərinə İsrailə hava hücumundan müdafiə dəstəyinin ölkəsi üçün aktual məsələ olduğu barədə mesaj verib. 


Missiya.Az xəbər verir ki, Zelenski Brüsseldə keçirilən Aİ sammitinin Ukrayna hissəsi ilə videokonfrans vasitəsilə əlaqə saxlayıb. 


Dünən Rusiyanın Çerniqovu raket hücumunda 14 nəfərin öldüyünü xatırladan Zelenski deyib: 


"Təəssüf ki, Ukraynada bir neçə gün əvvəl Yaxın Şərqdə gördüyümüz müdafiə səviyyəsinə malik deyilik. Müttəfiqlərin birgə gücü sayəsində İsrailə istiqamətlənmiş demək olar ki, bütün raketləri və pilotsuz uçuş aparatlarını vura bildilər. İsrailin və digər regional ölkələrin səmasında olduğu kimi, bizim səmamız və qonşularımızın səması da eyni təhlükəsizliyə layiqdir".


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 18-04-2024, 10:45