AZ   |   RU
Ağ Ev Ukrayna ilə təhlükəsizlik zəmanətləri üzrə danışıqlara münasibət bildirib

“Ukrayna üçün təhlükəsizlik qrantları məsələsi ilə bağlı Kiyev və Vaşinqton arasında danışıqlar davam edir”.


Missiya.Az “Amerikanın Səsi”nə istinadən xəbər ki, bunu ABŞ-nin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. 


Onun sözlərinə görə Birləşmiş Ştatlar Ukraynaya dəstəyi davam etdirəcək.


O, qeyd edib ki, daha doqquz ölkə Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi üzrə danışıqları başa çatdırıb.


"Biz hamımız eyni şey üzərində işləyirik", - deyə siyasətçi vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • 1-05-2024, 10:44