AZ   |   RU

Azərbaycan neftinin qiyməti 74 dollara çatır


Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,57 ABŞ dolları, yaxud 0,57 % artıb.

Missiya.Az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 73,98 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Baxış sayı: 46
  • 14-09-2021, 10:48