AZ   |   RU
Məktəbli uşaqlar arasında aqressivliyin artmasına səbəb nədir?

 

Son dövrlər məktəbli uşaqlar arasında aqressivliyin artması ən öndə dayan məsələlərdən biridir. Bu günlərdə təhsil müəssisələrində qabarıq şəkildə təhsilalanların təzyiq və aqressiv davranışları müşahidə olunur. Tez-tez şagirdlər arasında bullinqə rast gəlinir. Təbii ki, bunun da bir çox səbəbləri var. Bəs bu səbəblər hansılardır? Uşaqlar nəyə görə  belə aqressiv olurlar?.Mövzu ilə bağlı psixoloqa müraciət etdik.


259 nömrəli məktəbin psixoloqu Günay Məstiyeva Missiya.Az-a açıqlamasında bildirdi ki,aqressiyanın ilk səbəbi ailə mühitidir. Ailə tərbiyəsi, ailə üzvləri arasındakı uşaqların psixi-emosional vəziyyətlərində mühüm rol oynayır:


“Bu psixi-emosianal vəziyyət onların özlərinə və şagirdlərə, müəllimlərə qarşı ünsiyyətində, rəfatrında da özünü açıq şəkildə göstərir. Təbii ki, texnologiyanın bu qədər inkişaf etməsi, bu qədər sosial şəbəkələr də özünü vacib faktorlar sırasına salır. Yeniyetməlik dövrü uşaqların keçid dövrü olduğu üçün sanki özlərini daha da ailədən müstəqilləşib ayrıldığını və özlərinə istədiyi kimi həyat tərzi qura biləcələrini göstərmək üçün aqrresiya onların əlində bir vasitəyə çevrilir. Və düşünürlər ki, aqressiv olsalar, aqressiv davranış göstərsələr digərləri, öz yaşıdları arasında özlərini bu şəkildə daha yaxşı göstərə biləcəklər və daha çox hörmət qazanacaqlar. Əfsuslar olsun ki, bu psixoloji təlqin get-gedə daha da artaraq şagirdləri belə desək, öz təsiri altına salır”.


Psixoloq qeyd edib ki, hətta aqressiv uşaqlar digər uşaqları daha çox bullinqə məruz qoyurlar:


“Məktəblərdə, məktəbdənkənar davaların yaranmasına, hətta özlərinə aid, özlərinə məxsus olmayan hadisələrdə belə yaxından iştirak edərək məsələni həll etməklə öz yaşıdları arasında çox böyük hörmət qazanırar və düşünürlər ki, artıq bununla yaxşı bir şey etmiş olurlar, amma əslində yeniyetmə dövründə valideyinlər öz övladlarını daha çox idarə etməyə çalışırlar, halbuki yeniyetmə dövründə övladı əvvəlkindən daha da artıq idarə etməyə çalışmaq düzgün variant deyil. Çünki şagirdlər özlərinin artıq böyüdüyünü, hər şeyə qadir olduqlarını, hər şeyi özlərinin bacardıqlarını düşündükləri üçün bu dövrdə onları belə sıxmaqla valideyinlər istədikləri nəticəyə gəlib çıxa bilmirlər. Heç bir nəticə əldə etmirlər”. 


Mütəxəssisin sözlərinə görə, valideyinlər uşaqlarını idarə etmək əvəzinə onlarla daha çox empati hissi quraraq, övladları ilə ünsiyyəti bacardıqları qədər həlim təşkil edərək öz uşaqlarına daha çox müsbət mənada təmas edə, təsir göstərə bilərlər.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 4-04-2024, 16:50