AZ   |   RU
BMT TŞ-nin tərkibində ciddi islahatlara ehtiyac var - Quterreş


BMT Baş katibi Antonio Quterreş İsrailin Rəfahda genişmiqyaslı hərbi əməliyyatının Qəzzaya yardım proqramlarına ölümcül zərbə vuracağı barədə xəbərdarlıq edib.

Missiya.Az
 xəbər verir ki, Quterreş bu barədə BMT-nin İnsan Haqları Şurası qarşısında çıxışında deyib.

"Rəfahda əməliyyatlar təkcə burada sığınan bir milyondan çox fələstinli mülki şəxs üçün qorxulu olmayacaq, bu, bizim yardım proqramlarımızın tabutuna son mismarı vuracaq. HƏMAS-ın qəsdən öldürməsi, yaralaması, işgəncə verməsi və mülki insanları oğurlamasına, cinsi zorakılığa və ya İsrailə qarşı ayrı-seçkilik etmədən raket atmasına heç nə və heç bir şey Fələstin xalqının kollektiv cəzalandırılmasına haqq qazandıra bilməz", - BMT Baş katibi qeyd edib.

O, Qəzzaya göndərilən humanitar yardımın hələ də tamamilə yetərli olmadığını əlavə edib.

"Mən humanitar atəşkəsə və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırışımı təkrar edirəm", - Quterreş vurğulayıb.

Baş katib əlavə edib ki, Rusiyanın Ukraynaya təcavüzü və 7 oktyabrda HƏMAS-ın dəhşətli terror hücumlarından sonra İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlarla bağlı Şuranın qərarlarında birlik olmaması onun nüfuzunu ciddi şəkildə, bəlkə də ölümcül şəkildə sarsıdıb. Şuranın tərkibində və iş üsullarında ciddi islahatlara ehtiyacı var.


Zərintac Mayisqızı
Missiya.Az



  • 26-02-2024, 15:50