AZ   |   RU
Bədəl Bədəlovun Nizami rayonundakı korrupsiya yuvası - FOTOLAR


Dünən Missiya.Az saytında Dövlət Neft Şirkətinin (SOCAR) sosial məsələlər üzrə sabiq vitse-prezidenti Bədəl  Bədəlovun Nizami rayonunda qoçuluq etməsi ilə bağlı yazı dərc olunub. Məqalədə sabiq məmurun Bakıda onlarla bahalı əmlakı, Paytaxtın "Varovski” deyilən və varlılar məhəlləsi kimi tanınan ərazisindəki dəyəri milyonlarla ölçülən bir neçə villasının , ticarət obyektlərinin olduğu bildirilib.

Yazıda qeyd olunub ki, bu qədər mal-mülk ilə gözü doymayan Bədəlovun qoçu dəstələri Nizami rayonunda başqalarına məxsus olan əmlaka da zərər vurur, insanlara narahatlıq yaradırlar.

Bədəlovun şəxsi maraqlara xidmət edən fəaliyyəti   zaman-zaman bütün mediaya yaxşı məlumdur.

Missiya.Az-ın bu yazısından sonra ölkənin əksər saytlarında da sabiq məmurun insanların əmlakına göz dikməsi , bu gün də öz qoçuluğunu nümayiş etdirməsi barədə yazılar tirajlanıb. Bu yazılardan xəbər tutan Bədəl Bədəlov 28 iyul 2023-cü ildə Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunan, Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Xalik Məmmədovun vasitəsilə saytlarla əlaqə yaradaraq, yazıları sildirmək üçün dəridən qabıqdan çıxdığı məlum olub. Xalik Məmmədov əlaqə yaratdığı şəxslərə müxtəlif şirnikləndirici vədlər verir,bəzilərini isə hədələrə məruz qoyur. Xalik Məmmədovla Bədəl Bədəlovun hansı tellər bağladığı barədə maraqlı bilgilər də əldə etmişik. Bu barədə növbəti yazılarımızda bəhs edəcəyik.

Bu arada redaksiyamıza B.Bədəlov barədə daha bir maraqlı məlumat daxil olub.

Belə ki, mənbələr Bədəlovun qanunsuz yollarla qurduğu biznes şəbəkəsinin də Nizami rayonundan idarə olunduğunu bildirirlər. Qeyd olunur ki,Bədəlova məxsus olan ticarət obyektləri Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən binadan idarə olunur. Mənbələr ofis kimi fəaliyyət göstərən həmin binanın görüntülərini də bizə təqdim ediblər.Məlumata görə, bina Bədəlov “SOCAR”da vəzifədə olduğu dövrlərdən fəaliyyətdədir.Korrupsiya yuvası kimi tanınan binanın görüntülərini təqdim edirik.

Missiya.Az





  • 16-02-2024, 15:43