AZ   |   RU
Poliklinikanın qapısını sındıran şəxs qazi deyil - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi dünən axşam saatlarında poliklinikaların birinin şüşə qapısını sındıraraq 3 həkimə xəsarət yetirən şəxslə bağlı araşdırmaya başlayıb.

Missiya.Az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, həmin şəxsin Birinci Qarabağ müharibəsində döyüşməsi ilə bağlı dedikləri yalandır: “Həmin şəxs Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ceyhun Ağayevdir. 1994-cü ildə atəşkəs imzalananda onun 16 yaşı olub. Bu o deməkdir ki, həmin şəxs heç bir müharibənin qazisi deyil, yalan danışır.

Onun törətdiyi əməllə bağlı araşdırma aparılır. Nəticədən asılı olaraq onun əməlinə hüquqi qiymət veriləcək”.


  • 1-09-2021, 13:53