AZ   |   RU
Hansı nazirlər yeni hökumətdə olmayacaq?

 
Fevralın 7-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində 92,12 faiz səs toplayaraq qalib gələn İlham Əliyev bu gün Milli Məclisdə and içib.

Missiya.Az
xəbər verir ki, Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Qeyd edək ki, Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir. Bundan sonra dövlət başçısı Baş nazir vəzifəsinə namizəd irəli sürdüyü şəxs haqqında Milli Məclisə təklif verməlidir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Əgər həmin qayda pozularsa və ya prezidentin təqdim etdiyi namizədlərin baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, prezident baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.

Məlumata görə, yeni hökümətin tərkibində dəyişiklər olacaq və bir sıra yüksək vəzifəli məmurlar öz vəzifələri ilə vidalaşacaq. Konkret hansı məmurların tutduğu postlarını itirəcəyi ilə bağlı hələlik dəqiq bir söz demək çətindir. Lakin böyük ehtimalla deyə bilərik ki, nazirlərin bir neçəsi yeni kabinetdə təmsil oluna bilməyəcək. Dövlət başçısı da çıxışlarında zaman-zaman hansı qurumların faliyyətində pozuntuların olduğunu bəyan etmişdir. Əsasən də bu faktı nəzərə alaraq, bir sıra məmurların postlarını itirəcəyini deyə bilərik.

Daşqın Həsənov
Missiya.Az



  • 14-02-2024, 16:19