AZ   |   RU
Azərbaycan yeni müharibəyə gedəcəkmi? – Politoloq ehtimalları qiymətləndirdi

 

“Belə bir təxribatın törədilməsi Ermənistanın yenidən silahlandırılmasının nəticəsidir”.


Dünən Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb.Görünən odur ki, Ermənistan yenə də təxribatlarına davam edərək mənfur siyasətindən əl çəkmir. Maraqlıdır ki, sülh danışıqlarının getdiyi bir vaxtda Ermənistanın yenidən təxribat törətməsinə səbəb nədir? Və yaxud erməniləri bu təxribatı törətməyə kimlər vadar edir?


Mövzu ilə Missiya.Az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzində sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, dünən sərhəddə baş verənlər Ermənistanın düşünülmüş məqsədli təxribat strategiyasının davamı idi:


“Əslində Azərbaycanın Ermənistanla sülh danışıqlarını təkid etdiyi bir vaxtda İrəvandakı Avropa İttifaqının mümkün müşahidə missiyasının olduğu bir zamanda belə bir təxribatın törədilməsi Ermənistanın yenidən silahlandırılmasının nəticəsidir. Belə ki, Avropa İttifaqının mümkün müşahidə misssiyasının Azərbaycan- Ermənistan sərhədlərində olduğu bir dövrdə belə bir təxribatın törədilməsi Azərbaycanla Ermənistan arasındakı sülh və etimad quruculuğu prosesinə böyük bir zərbə vurdu.  Eyni zamanda, Ermənistanın məqsədli şəkildə delmitasiya və demarkasiya işlərini uzatması, sülh sazişi ilə bağlı müzakirələrin aparılması üçün qarşılıqlı şəkildə anlaşmanın yubadılması, son dövrlər Nikol Paşinyan da daxil olmaqla, Ermənistan hökümətinində təmsil olunan şəxslərin verdiyi təxribatçı açıqlamalar Azərbaycan ilə Ermənistan arasında vəziyyətin bu həddə gəlib çatmasına səbəb olmuşdur”. 


Tural İsmayılov qeyd edib ki, dünən sərhəddə baş verənlər və bunun fonunda Azərbaycan-Ermənistan sülh danışıqlarının zərbə alması Beynəlxalq aktorların işinə yarayır:


“Faktiki olaraq, Fransa rəhbərliyinin Avropa İttifaqı missiyası adı altındakı casus şəbəkəsi Zəngilanda Azərbaycan sərhədçisinə qarşı törədilən təxribata adekvat reaksiya vermədi. Eyni zamanda, özünün fəaliyyət missiyasının yarımçıq olduğunu göstərmiş oldu. Həmçinin bir daha aydın oldu ki, Ermənistan kimi bir dövlətlə normal şəkildə, sülh, barış şəraitində yaşamaq hələ ki, qeyri-mümkün kimi görünür”.

 

“Azərbaycan müharibəni başladacaqmı ?” sualına gəldikdə isə politoloq vurğulayıb ki, baş verənlər müharibə ehtimalını gücləndirmir. 

 

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 13-02-2024, 12:33