AZ   |   RU
Paytaxtda ictimai nəqliyyat probleminin səbəbi nədir?


Son dövrlər paytaxtın bəzi küçə və prospektlərində avtobusların ləngiməsi, avtobuslararası vaxt intervalının çox olması vətəndaşların narazılığına səbəb olur. Bu səbəbdən insanlar başqa nəqliyyat vasitələrindən istifadə etmək məcburiyyətində qalırlar. Nəticədə isə işə, dərsə və digər yerlərə zamanından gec gedirlər.

Məsələyə dair Missiya.Az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, ictimai nəqliyyatın başlıca problemlərindən biri xüsusilə ilin müəyyən dövrlərində isti, ya da soyuq, həmçinin, yağışlı, dumanlı və s. vaxtlarda ləngiməsidir. Lakin bu istiqamətdə müəyyən işlər aparılır:

“1-ci səbəb tıxac, 2-cisi isə avtobus parkında kifayət qədər bu işləri görə biləcək avtobus olmur. Nəticədə interval böyük olur. Son vaxtlar Bakının şəhərdaxili daşımalarında önəmli işlər görülür. Hesab edirəm ki, bu davam da edəcək. Həmin işlər xüsusilə marşrut sistemlərinin tənzimlənməsi, parklarının yenilənməsi ilə bağlı həyata keçirilir. Düşünürəm ki, şəhərətrafı daşımalarda - Bakı şəhərətrafı qəsəbələrdən şəhər mərkəzinə doğru insanların daşınması, əsas önəmli cəhətlərdən biri də vətəndaşların metrolara axının təmin olunmasıdır. Şəhərin daha çox mərkəzi hissələri - universitetlər, iş yerləri olan ərazilər baxımından bu vacib amillərdəndir”.



Zərintac Mayisqızı
Missiya.Az





  • 13-02-2024, 10:26