AZ   |   RU
Kriştianu Ronaldu "Mançester Yunayted"ə qayıdır

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu karyerasını yenidən İngiltərənin "Mnaçester Yunayted" komandasında davam etdirəcək.

Missiya Az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, artıq portuqaliyalı hücumçunun keçidi ilə bağlı iki klub arasında razılıq əldə olunub. Razılığa əsasən, 36 yaşlı forvard viza məsələsini həll etdikdən sonra tibbi müayinədən keçmək üçün Mançesterə yollanacaq.

Qeyd edək ki, Kriştianu Ronaldu 2003 - 2009-cu illərdə "Mançester Yunayted"in formasını geyinib. O, "qırmızı şeytanlar"ın heyətində 3 dəfə ölkə çempionu olub, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanıb. Ulduz futbolçu bu komandada keçirdiyi 292 matçda 118 qol vurub və 69 məhsuldar ötürmə edib. 2018-ci ildən "Yuventus"dan çıxış edən Ronaldu daha əvvəl İspaniyada "Real Madrid"in də şərəfini qoruyub.

  • 27-08-2021, 21:24