Fevralın 7-si 2024-cü il Azərbaycanda növbədənkənar prezident seçkisi - Zəfər seçkisi kimi tarixə düşdü. Bu gün kütləvi şəkildə seçki məntəqələrinə axışan xalqımız öz seçimini edərək İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu öz səsi ilə nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını bir daha göstərdi.
Prezident seçildiyi 20 il ərzində cənab İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirdi və ən əsası Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına nail oldu. Prezident İlham Əliyev insanların birmənalı şəkildə inandığı, güvəndiyi və gələcəyini etibar etdiyi bir liderdir. Bu gün keçirilən seçki bunu bir daha sübut etdi.
İlham Əliyev Azərbaycanın son 20 ildəki dəyişikliklərinin, ən əsası Qələbəsinin memarıdır. O, ölkəsini gücləndirmək üçün lazım olan hər addımı atıb. Bu gün nəinki Azərbaycanda, dünyada hər kəs bilir ki, Azərbaycan xalqı cənab İlham Əliyevə yüksək etimad göstərir. Xalqımız cənab İlham Əliyevin tarixi xidmətlərini həmişə yüksək dəyərləndirir, yeni hədəflərə doğru onun rəhbərliyi altında irəliləmək istəyir. Bütün Azərbaycan xalqı gələcəyə çox böyük nikbinliklə baxır. İlham Əliyev əsrin qalib lideri olaraq Azərbaycanı bundan sonra da inamla irəli aparacaq.
Gözün aydın, Azərbaycan! İLHAMLA İRƏLİ!
Nurlana Əhmədova
Missiya.Az