AZ   |   RU
Prezidentin köməkçisi : “Sentyabrın 15-də dərslərin bərpa olunması nəzərdə tutulur”

“Sentyabrın 15-də dərslərin bərpa olunması nəzərdə tutulur”.

Missiya.Az
xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, valideynlərin vaksinasiya olunması ilə bağlı hər hansı bir tələb yoxdur
“Ancaq təhsil işçilərinin 80 faizinin peyvənd olunması ilə bağlı tələb var”.


  • 20-08-2021, 11:54