AZ   |   RU
“Mançester Yunayted”in futbolçusu alman klubuna keçir


“Mançester Yunayted”in hücumçusu Ceydon Sanço Almaniyanın ən güclü komandalarından olan Dortmund “Borussiya”sına keçəcək.



Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Bildirilib ki, Bundesliqa klubu hücumçunu icarə əsasında heyətinə cəlb edəcək və bunun qarşılığında ingilislərə 6 aylıq icarə üçün 3 milyon avro ödəyəcək.


Qeyd edək ki, 23 yaşlı forvard 2021-ci ildən “Mançester Yunayted”də oynayır. Bu mövsüm intizamsız hərəkətlərinə görə Sanço uzun müddət əsas heyətdən kənar qalıb.



  • 3-01-2024, 19:59