AZ   |   RU
Bakıdakı bayram şənliklərində rekord sayda şəhər sakini və xarici qonaqlar iştirak edib


Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakının mərkəzində keçirilən bayram şənliklərində rekord miqdarda şəhər sakini və bir çox xarici ölkələrdən paytaxtımıza gələn qonaqlar iştirak ediblər.

Missiya.Az Report-a istinadən xəbər verir ki, Yeni il ərəfəsində paytaxtın küçə, park və meydanları, əsas magistral yol və prospektlər, yol kənarlarınin bayramsayağı bəzədilməsi və işıqlandırılması şəhərimizə xüsusi xüsusi gözəllik verib.

Keçirilən bayram tədbirlərinin kulminasiyasi Dənizkənarı Milli Parkın ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş atəşfəşanlıq oldu ki, rekord sayda sakin və şəhərimizin qonaqları bura qatılaraq onu marağ ilə izləyiblər.

Bayram günlərində xüsusi gücləndirilmiş iş rejimində çalışmış şəhərin kommunal xidmətlərinin əməkdaşlarının əməyi xüsusi qeyd edilməlidir . Nəticədə artıq yanvarın 1-i saat 06-00-da şəhərin park, meydan və küçələrində tam təmizlik hökm sürürdü. Yüz minlərlə insanın iştirak etdiyi yeni il şənliklərindən sonra qısa müddətdə şəhərdə sanitar-təmizliyin yaradılmasını təmin edilib.

Dünyanın və Avropanın aparıcı dövlətlərinin iri şəhərləri ilə Bakını müqayisə edəndə böyük fərq nəzərə çarpır. Əgər Fransanın paytaxtı Parisdəki qalaq-qalaq zibil yığılması adi hala çevrilibsə, Nyu York şəhərində yeni il şənliyindən sonrakı vəziyyət daha acınacaqlı idi. Avropanın digər paytaxt şəhərlərində də vəziyyət heç də ürəkaçan olmayıb.

Bakıda keçirilən bayram tədbiri isə şəhərin kommunal təsərrüfatı işçilərinin işinin yüksək səviyyədə təşkil olunması ilə yanaşı Prezident İlham Əliyevin siyasəti nəticəsində insanlarımızın həyat və mədəni səviyyəsinin durmadan artmasının əyani sübutudur.



  • 2-01-2024, 12:13