AZ   |   RU
Dövlət Vergi Xidməti müraciətlərə baxılmasına dair bələdçi hazırlayıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) qarşılıqlı razılıq prosedurunun aparılmasına dair müraciətlərə baxılması və bu prosedurun təşkil olunması qaydasını özündə əks etdirən “Bələdçi” hazırlayıb.

Missiya.Az DVX-ya istinadən xəbər verir ki, “Bələdçi" qarşılıqlı razılıq prosedurunun aparılmasına dair müraciətlərin hüquqi əsası, müraciətin edilməsi, tələb olunan sənədlər, prosedurun mərhələləri və hüquqi mexanizmlərin təsiri, müraciətə DVX-də baxılması və onun həlli kimi məsələləri əhatə edir.

“Mübahisələrin həlli” tətbiqi ilə bağlı hazırlanmış “Bələdçi” DVX-nın rəsmi internet səhifəsinin “Beynəlxalq vergi münasibətləri” bölməsinin “Sazişlər və qaydalar” hissəsində yerləşdirilib. “Bələdçi” ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür ("Sazişlər və qaydalar" keçidi):

https://www.taxes.gov.az/az/page/beynelxalq-vergi-munasibetleri

Qeyd edək ki, “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) layihəsində assosiativ üzv qismində İnklüziv Çərçivə”yə qoşulmaq barədə Azərbaycan Respublikası ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) arasında 2021-ci il noyabrın 26-da və 2022-ci il iyunun 1-də imzalanmış məktublar mübadiləsi formasında bağlanmış Razılaşma Azərbaycanın 11 oktyabr 2022-ci il tarixli 607-VIQ nömrəli Qanunu ilə təsdiq olunub.



  • 30-12-2023, 17:14