AZ   |   RU
Tofiq Zülfüqarov KQB arxivlərinin açılmasını istəyir - Vahabzadəyə eyham?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov SSRİ Dövlət Təhlükısizlik Xidmətinin (KQB) arxivlərinin açılmasını istəyir.

Missiya.Az
xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində paylaşım edib. Sabiq nazir hesab edir ki, xalq kimin kim olduğunu əvvəl-axır bilməlidir:

"Mənə maraqlıdır niyə bizdə heç kim KQB arxivlərinin açılmasını tələb etmir? Belə çıxır ki, həmin arxivlər Rusiyaya evakuasiya olunub, surətləri isə digər ölkələrin əlinə keçib. Bu arxivlər deyəsən bir tək  Azərbaycan vətəndaşları üçün məxfi qalıb? Niyə? Xalq kimin kim olduğunu axır-əvvəl bilməlidir, ya yox! Mən HƏ deyirəm, bəs siz?" - deyə, T. Zülfüqarov qeyd edib.

Ehtimal olunur ki, o bununla İsfəndiyar Vahabzadənin Rusiya Dövlət Dumasının deputatı V.Jirinovski ilə bağlı son qalmaqalda keçmiş səfirin fəaliyyətinə  eyham vurur.

Missiya.Az


  • 14-08-2021, 14:06