Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2024-cü illər üçün Dövlət proqramı bütün istiqamətlər kimi təhsil sahəsində də daha təkmil inkişaf mərhələsinin əsaslarının müəyyən olunması ilə aktuallıq kəsb etməkdədir.
Dövlət başçısı, cənab İlham Əliyev tərəfindən 5 iyun 2023-cü il tarixində imzalanmış Sərəncamla təsdiq olunan Dövlət proqramında, qarşıdakı dövrlər üzrə 11 əsas prioritet üzrə tədbirlər müəyyən olunmuşdur ki, bunlardan biri də 9-cu, “İnsan kapitalının inkişafı” ilə bağlı olan Prioritetdir. Həmin prioritetdə nəzərdə tutulur ki, Naxçıvan Muxtar Respublikasında ali təhsilin keyfiyyətinin artırılması məqsədilə, Naxçıvan Dövlət Universiteti ilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq gücləndiriləcək, birgə proqramlar təşkil olunacaq, həmçinin ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələr həyata keçiriləcəkdir.
Bu mənada da, ölkəmizin təhsil sahəsindəki ardıcıl və sistemli islahatları, yeni keyfiyyət mərhələsinə xas olan tədbirlərlə davam etməkdədir. Təbii olaraq, bu istiqamətdə atılan addımlar, bütün tərəfləri ilə birlikdə, eyni zamanda, ali təhsil müəssisələrinin sağlam elmi araşdırma mühitinin daha da möhkəmləndirilməsi və etibarlı tədris prosesləri ilə olduqca təkmilləşməsi məqsədlərinə xidmət etməkdədir.
Dövlətin gündəlik qayğı və diqqəti ilə son dörd ildə mütərəqqi və modern təhsil perspektivlərini şaxələndirən ali məktəb olaraq, Naxçıvan Dövlət Universitetinin rolu, önəmi və əhəmiyyəti daha da artmaqdadır. Ali məktəbimizin müəyyən etmiş olduğu prioritetlər yaxın, orta və uzaq gələcək üzrə hədəflərini daha da əlçatan etmiş və bu mərhələlər üzrə strateji baxış konsepsiyaları uğurla reallaşmaqdadır. Elmin, təhsilin işıqlı gələcək naminə olduğunu hər addımda təsdiq edən universitetimiz, öz fəaliyyətini ölkəmizin milli təhsil üzrə müqavimətliliyi ilə yanaşı, həmçinin dünya təhsilinə düzgün inteqrasiya proseslərinə töhfə verməklə, daha da təkmil olmaqla möhkəmləndirməkdədir.
Beynəlxalq elm və təhsil sahələrinin bir-birinə hərəkətverici təsiri ilə müşayiət olunan proseslərdə artıq Naxçıvan Dövlət Universitetinin yeri daha aydın görünməkdədir. Artıq dördüncü ildir ki, Naxçıvan Dövlət Universitetində dövlətimizin davamlı qayğısı ilə, səmərəli, faydalı və məhsuldar ixtisaslaşma mühiti mövcud olmaqdadır. Bu isə, imkan verir ki, universitetimiz xarici ölkələrin ali məktəbləri ilə qarşılıqlı əməkdaşlıqlarda uğurla təmsil olunsun və bu istiqamətin qazanan tərəfi isə işıqlı gələcəyimizin daşıyıcıları olan tələbələrimiz olsun. Həmin sahədə, istər innovativ təsisatlarla, istər texnoloji təminatlarla, istərsə də, alternativ imkanlarla daha peşəkar fəaliyyət ortaya qoyulmaqdadır.
Qürurla qeyd olunmalıdır ki, Naxçıvan Dövlət Universitetində artıq dünya təhsilinə inteqrasiya olunmaq üçün potensial, ən modern təhsil və araşdırma mühitinin yaradılması üçün infrastruktur və bu dəyərlərdən səmərəli və məqsədyönlü istifadə etməyi bacaran müəllim və tələbə heyəti formalaşmışdır. Təbii olaraq, bunlar isə, qarşıya qoyulmuş olan məqsəd, vəzifə və hədəflərin əlçatan olmasında mühüm amil olaraq, çıxış etməkdədir.
Qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu ali təhsil müəssisələrində, Avstriyanın ən prestijli kənd təsərrüfatı araşdırma mərkəzində, Yaponiyanın nüfuzlu Asiya Universitetlərinin Sammitində təmsil olunmaq, hər birində, ölkəmizin uzunmüddətli elm və təhsil sahələri üzrə tədbirlərinə töhvə olacaq nəticələr əldə etmək, məhz Naxçıvan Dövlət Universitetinin geridə qalan dörd il ərzində uğurlarının sadəcə olaraq bir qismini təşkil etməkdədir. İkili diplom layihələrinin həyata keçirilməsi, müəllim və tələbə mobilliyinin nəzərə alınması, qarşılıqlı elmi araşdırma fəaliyyətinin təmin olunması, Texnopark quruculuğu proseslərində müvafiq ali məktəblərin təcrübələrindən yararlanmaq da, məhz ali məktəbimizin daha mütərəqqi nailiyyətlərini ifadə etməkdədir. Həmin tədbirlər uğurludur, davamlıdır və perspektivlidir. Belə ki, müvafiq Dövlət proqramından irəli gələn vəzifələrin uğurla icra olunması, qeyd olunan tədbirlərin həyata keçirilməsində əlverişli zəminə çevrilmişdir. Bu sahədə, dövlətimizin hərtərəfli qayğısından bəhrələnərək universitetimizin rektoru, hörmətli Elbrus İsayevin təşəbbüskarlığının olduqca mühüm nəticələri vardır.
Belə ki, universitetimizin beynəlxalq əməkdaşlıqlarında bundan sonrakı mərhələlərdə Polşa Respublikasının Jeşuv Universitetinin də adını görə biləcəyik. Rektorumuzun rəhbərliyi ilə nümayəndə heyətinin həmin dövlətin bəhs olunan ali məktəbinə səfər zamanı, qarşılıqlı əməkdaşlıqlar barəsində razılaşmalar əldə olunmuş, Jeşuv Universitetinin rektoru, professor Sylwester Czopek və heyəti ilə görüş zamanı bir sıra əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Səfər çərçivəsində nümayəndə heyətimiz tərəfindən universitetimizdə inşa olunan Texnoparkın səmərəli fəaliyyətinin təmin olunması məsələlərinə də diqqət göstərilmiş, bunun üçün, Jeşuv Universitetinin Texnopark, Nanotexnologiya və Biotexnologiya mərkəzləri ilə tanışlıq olmuşdur. Eyni zamanda, qarşılıqlı əməkdaşlıqlar nəticəsində: - Universitetlər arasında tədrisi İngilis dilində aparılan Tibb ixtisasında təhsil alan tələbələrin mübadiləsi və rezidentlərin 3-6 aylıq rotasiyalarının təşkili; - Jeşuv Universiteti ilə Naxçıvan Dövlət Universiteti elmi kitabxanaları arasında ikili münasibətlərin qurulması; - Hər iki ali təhsil müəssisəsi kitabxanalarının elmi bazasından tələbə və müəllim heyətinin istifadə etməsi; - Ortaq beynəlxalq layihələrin yazılması, Erasmus+ proqramı çərçivəsində qarşılıqlı tələbə və müəllim heyətinin mübadiləsi; - Polşada yerləşən, dünyaca məşhur duz yatağının və Naxçıvanda yerləşən Duzdağ mağarasının birgə tədqiqi üçün “Duz araşdırmaları” konqresinin keçirilməsi; - Polşanın ev sahibliyi etdiyi ənənəvi Qafqaz konfransında əməkdaşlarımızın da iştirakına və.s məslələlər barədə razılığa gəlinmişdir.
Bir sözlə, Naxçıvan Dövlət Universitetinin hədəfləri, gəncliyin səsini, tələbələrin uğurlu karyerasını və milli təhsilimizin uzunmüddətli perspektivlərini ifadə etməkdədir. Atılan addımlar, görülən işlər, müəyyən olunan məqsədlər isə məhz, həmin dəyərlərin reallaşmasına xidmət etməkdədir. Bu sahədə, ardıcıl, sistemli və etibarlı tədbirlər öz bəhrəsini addım-addım verməkdədir. Naxçıvan Dövlət Universitetinin ali təhsilin etibarlı dayaqlarının yaradılması sahəsindəki tədbirləri günbəgün əhatəsini genişləndirməkdədir. Mövcud potensialın qorunması və daha da gücləndirilməsi, elmlə təhsilin düzgün vəhdətinin və sintezinin təmin olunması, dünya elminə və dünya tədris proseslərinə dolğun inteqrasiya olunma, ali məktəbimizin yeni inkişaf mərhələsi üzrə prioritetlərinə aid olunmaqdadır.
Universitetimizdə son 4 ilə yaxın müddət ərzində yaradılmış olan ixtisaslaşma mühiti, malik olduğu etibarlılıqla hər bir tələbənin bir mütəxəssis olaraq formalaşmasına və gələcəyə ünvanlanan səsinin eşidilməsinə hesablanmışdır. Burada, sosial sferalarla yanaşı, eyni zamanda, beynəlxalq əməkdaşlıqların daha da geniş əhatədə təşkilatlanmasına aid olan proseslər də aktuallığı ilə seçilməkdədir. Artıq keçən müddət ərzində, Naxçıvan Dövlət Universiteti, ölkəmizin ali təhsil şəbəkəsinin əhatə dairəsinin şaxələnməsində, daha modern tədris vasitələrindən yararlanma sahəsində və yeni layihələrin həyata keçirilməsi proseslərində dövlət tənzimlənməsinin olduqca çevik və səmərəli daşıyıcısı olmuşdur və hazırda da, həmin proseslər uğurla davam etməkdədir. Zəruri tənzimləmə vasitələrindən biri olaraq, müvafiq Dövlət proqramına əsasən, Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkil olunması məsələləri nəzərdə tutulmuşdur. Bu məqsədlə, Naxçıvan Dövlət Universitetinin dəyərli rektorumuzun başçılığı ilə nümayəndə heyəti, Polşa və Macarıstan dövlətlərində səfərdə olmaqla, həmin ölkələrin ali təhsil müəssisələrində qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Polşa Respublikasının Jeşuv Universitetinin təcrübəsi ilə yanaşı, artıq, Macarıstan dövlətinin Con Fon Neyman Universiteti ilə də əməkdaşlıq əlaqələrinin qurulması qarşıdakı mərhələlərdə Naxçıvan Dövlət Universitetinin hədəflərini daha da əlçatan etmiş olacaq. Yeni inkişaf mərhələsində bu ali məktəblərin təcrübələrindən, mübadilə layihələrindən və çoxistiqamətli əməkdaşlıq münasibətlərindən yararlanmaq Naxçıvan Dövlət Universitetinin dövlət tənzimləməsi ilə müəyyən olunan tədbirlərin icrası sahəsində olduqca mühüm nailiyyətlərini təşkil etməkdədir. Bundan sonrakı mərhələlərdə Naxçıvan Dövlət Universiteti ilə Con Fon Neyman Universiteti arasında əldə olunan anlaşmalara əsasən bir çox sahələr üzrə qarşılıqlı işbirlikləri mümkün olacaq.
Bunlardan:
- Kompüter mühəndisliyi, tədrisi ingilis dilində olan ixtisaslar üzrə ikili diplom layihələri;
- İqtisadiyyat və biznesin təşkili sahəsində tələbə-müəllim mübadiləsi;
- Avrasiya Bilik Mərkəzi ilə birlikdə ortaq tədqiqatlar apararaq məqalə və elmi əsərlər çap olunması;
- Elm və innovasiyalar sahəsində universitetin təcrübəsinin öyrənilməsi və Erasmus+ proqramı çərçivəsində ortaq layihələrin hazırlanması;
- İki universitet arasında Süni intellektlə bağlı olan əməkdaşlıq və.s sahələrdə razılığa gəlinməsi səfərin olduqca mühüm əhəmiyyətini ifadə etməkdədir. Con Fon Neyman Universitetinin potensialı, elmi və təcrübi proseslərinin vəhdəti sahəsindəki nailiyyətlərinə diqqət etdikdə, aydın olur ki, ali məktəbdə, eyni zamanda, Bilik mərkəzləri fəaliyyət göstərir ki, bunlardan ən nüfuzlu olanları Avrasiya Mərkəzi, Müdafiə Sənayesi Mərkəzi, Animasiya Mərkəzi və Hidrogen Texnologiyaları Mərkəzidir.
Ali məktəbimizin rektorunun səfər çərçivəsində Macarıstanın Metropolitan Universiteti ilə Media, Dizayn və Marketinq sahəsində əməkdaşlıq haqqında razılığa gəlinmişdir ki, qarşıdakı mərhələlərdə bu sahə üzrə də mütəxəssislərimizin əlaqəli layihələrinin səmərəli olacağını qeyd etmək olar.
Müvafiq Dövlət proqramının Naxçıvan Dövlət Universitetinin davamlı inkişafı sahəsindəki yaratmış olduğu imkan və zəminlər olduqca genişdir, böyükdür və perspektivlidir. Həmin Dövlət proqramında müəyyən olunan tədbirlərin icra olunması məqsədilə, Macarıstan dövlətinin Metropolitan Universitetində olan nümayəndə heyətimiz, burada da, çağdaş Azərbaycan elminin yeni keyfiyyət mərhələsində əhəmiyyətli nəticələri olacaq razılaşmalar əldə etmişlər. Həmin anlaşmalara diqqət etdikdə, aydın olur ki, qarşıdakı mərhələlərdə, həm də sosial sferaların, xüsusilə də, iqtisadi proseslərin və incəsənətin bu və ya digər istiqamətlərin aparıcı sahələrinin inkişafı və bunun elmi dövriyyəyə düzgün cəlb olunması sahəsindəki nailiyyətləri də böyük olacaq. Burada, eyni zamanda, bazar münasibətlərinin, qanunlarının və tənzimləmələrinin mühüm sahələrinin də perspektivlərini görmək olur. Belə ki, ikitərəfli görüşdə, Naxçıvan Dövlət Universiteti ilə Metropolitan Universiteti arasında: - Media; - Marketinq; - İncəsənət fakültəsinin Dizayn ixtisası üzrə əməkdaşlıq barəsində olan anlaşmalar, hər iki universitetin etibarlı tədris və elm proseslərini daha da uğurlu etmiş olacaq.
Bu, bir həqiqətdir ki, Macarıstan dövləti, Azərbaycan Respublikasının beynəlxalq iqtisadi münasibətlərinin etibarlı tərəfdaşı olan dost ölkələrimizdən biridir. Ölkəmizin dünya enerji layihələrinə vermiş olduğu töhvələrin daha uğurlu nəticələrinin əldə olunmasında Macarıstan dövlətinin yaxından dəstəyinin və işbirliyinin dəfələrlə şahidləri olmuşuq. Dövlət başçımızın müxtəlif illərdə Macarıstana etmiş olduğu tarixi səfərləri zamanı ölkələrimiz arasındakı münasibətlər, tarixi dostluq və qardaşlıq əlaqələri daha mütərəqqi inkişaf mərhələsinə qədəm qoymuşdur.
Xüsusilə də, ölkəmizin dünya əhəmiyyətli layihələri olan TANAP və TAP layihələrinin uğurla icra olunmasında Macarıstan dövlətinin etibarlı tərəfdaşlığı özünü hər addımda göstərmişdir. Məhz bu mənada da, universitet rektorumuzun Macarıstan dövlətinin ali məktəblərinin ali təhsil sahəsindəki təcrübələrinin bölüşməsi dövlətimizin bu sahədəki tədbirlərinə də töhvəsi olaraq böyük əhəmiyyətə malik olduğunu qeyd etmək olar. Macarıstana səfəri çərçivəsində bu ölkənin İkinci ən nüfuzlu Universiteti olan Korvinius Universitetində əməkdaşlıq sahəsində müzakirələrdə olmaq, daha mühüm nəticələr verəcəkdir.
Bu ali məktəblə, qarşıdakı tədris illərində əldə olunacaq nailiyyətlər, aşağıdakı sahələrdə özünü ifadə etmiş olacaq:
- Naxçıvan Dövlət Universiteti ilə Korvinus Universiteti elmi kitabxanaları arasında ikili münasibətlərin qurulması; - Universitetlərin tədqiqat mərkəzləri arasında əlaqələrin yaradılması;
- Magistratura və doktorantura ixtisasları istiqamətində birgə tədqiqatların aparılması, elmi əsərlərin hazırlanması və yayımlanması;
- Tələbə və akademik mübadilə proqramlarında iştirak. Beləliklə, Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikasının uzunmüddətli elm və təhsil proseslərinin məhsuldar nəticələrinin əldə olunması sahəsində fəaliyyətini daha böyük uğurlarla davam etdirməkdədir. Bu sahədə, maddi-texniki təsisatların gücləndirilməsi, modern təhsil imkanlarının yaradılması və beynəlxalq əməkdaşlıqların daha da şaxələnməsi məsələləri əhəmiyyətli nəticələrinə görə seçilməkdədir. Qarşıdakı tədris illərində bu tədbirlərin uğurlu nəticələrini görməkdən çox məmnun olacağıq.
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru