AZ   |   RU
Azərbaycanın tolerant modeli dünya xalqlarının nümunəsinə çevrilib


Azərbaycan tarixən dinlərin və mədəniyyətlərin qovşağı olub, dini və etnik müxtəliflik zamanla ölkəmizin ən böyük zənginliyinə çevrilib. Azərbaycan dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi məkan kimi indi də eyni funksiyanı yerinə yetirir.



Bu gün ölkəmiz təkcə sosial-iqtisadi uğurlarına, hərbi-siyasi potensialına görə deyil, eyni zamanda vicdan azadlığının və multikultural mühitin təmin edilməsi, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin qorunmasına görə regionun lider dövlətidir.


Son illərdə Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətləri misilsizdir.


Dövlət başçısının uğurlu siyasəti nəticəsində Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirib, xalqımızın əsrlərin sınağından çıxan milli adət-ənənələrinin yaşadılması üçün bütün lazımi şərait yaradılıb. Məhz bu baxımdan Prezident İlham Əliyevin gördüyü işlərin nəticəsidir ki, ölkədəki dövlət-din münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənib, müxtəliflik harmoniyası qorunub saxlanılıb və daha da möhkəmləndirilib.


Cənab Prezidentin böyük siyasəti sayəsində ölkəmizdə sağlam dini mühit formalaşıb, dinlərarası həmrəyliyin və əməkdaşlığın bərqərar olduğu Azərbaycanın tolerant modeli dünya xalqlarının nümunəsinə çevrilib və bu sahədə ölkəmizin təcrübəsindən geniş istifadə olunur. Maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlət başçısının sərəncamları ilə son bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir.


İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi ölkəmizi dünyada multikulturalizmin əsas mərkəzinə çevirib. 


Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın qan yaddaşına qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən dövlət başçısının son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar təqdirəlayiq hal alıb. Bunun nəticəsidir ki, son illərdə Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində geniş tikinti və yenidənqurma işləri həyata keçirilib. Gəncədəki “İmamzadə” kompleksində təmir-bərpa işləri aparılıb.


İlham Əliyevin tapşırığı və şəxsi nəzarəti ilə tikilmiş Azərbaycanda Cənubi Qafqazın ən böyük məscidi, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Heydər məscidi dinimizə və dindarlarımıza verilən ən böyük töhvədir tarixi-dini abidələrimizin, ziyarətgahlarımızın qorunması, onların təmiri və yenidən qurulması, yeni məscidlərin tikilməsi hər zaman dövlət başçımızın diqqətindədir və bu gün işğaldan azad olunmuş ərazilərimizdə aparılan abadlıq-quruculuq işlərində bu məsələlərə xüsusi önəm verilir.


Natiq İsayev
Nizami rayonu “Sahib-əz-Zaman” məscidinin imamı


  • 23-12-2023, 20:17