AZ   |   RU
“Nəqliyyat əlaqələrindən məhrum olmaq vəziyyəti daha da pisləşdirir” - Mirzoyan

“Əsas bazarlardan kəsilmək və nəqliyyat əlaqələrindən məhrum olmaq dənizə çıxışı olmayan ölkələrin vəziyyətini daha da pisləşdirir, çünki lazımi əlaqə və logistika şəraiti yoxdur”.


Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşü zamanı deyib.


“Tranzit ölkələrlə bağlı problemlər daha ciddi fəsadlara səbəb olur. Dənizə çıxışı olmayan ölkələrin nəqliyyat infrastrukturu yüklərin daşınması xərclərini artırır və ona geosiyasi, təhlükəsizlik problemləri və gərginlik əlavə olunur. Bənzər problemlər səbəbindən dənizə çıxışı olmayan ölkələr rəqabət qabiliyyətini və milli gəlir imkanlarını azaldır”, - deyə siyasətçi bildirib.


Daşqın Həsənov
Missiya.Az



  • 14-12-2023, 12:38