AZ   |   RU
TikTok və X-də nalayiq yayımlar edən 6 nəfər saxlanıldı


Türkiyənin İstanbul şəhərində TikTok və X sosial şəbəkələrində nalayiq videolar paylaşdıqları, canlı yayımlar etdikləri və pornoqrafik söhbətlər etdikləri iddia olunan 5-i qadın olmaqla,6 şübhəli saxlanılıb.

Missiya.Az
xəbər verir ki, bu barədə "Haber Global" nəşri məlumat yayıb.

Bildirilib ki, müəyyən olunan şübhəlilərin ünvanlarına dərhal basqın edilib. Onlar ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Zərintac Mayisqızı
Missiya.Az




  • 14-12-2023, 12:57