AZ   |   RU
Samuxda məktəb direktoru qadın müəllimi döydü – 2 saylı məktəb barədə iddia

Samux rayonu  Qarayeri qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi direktor tərəfindən döyülüb.

Missiya.Az xəbər verir ki, bu barədə jurnalist Arifə Əliyevə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.


Məlumatda qeyd olunur ki, müəllimi döyməkdə ittiham olunan məktəb direktoru  Şahin Məmmədov 2014 -cü ildə Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsində məsləhətçi vəzifəsində çalışarkən yol verdiyi  nöqsanlara görə vəzifəsindən azad olunub, 17 iyul 2014-cü il tarixində isə Mədəniyyət və Turizm Nazirinin əmri ilə onun dövlət qulluğuna xitam verilib.


“Görünür əvvəlki vəzifəsində verdiyi nöqsanlara görə işdən çıxarılsa da, məktəb direktoru  təyin olunmağın yolunu tapa bilib.


Şahin Məmmədov tərəfindən məktəbin ibtidai sinif müəlliminin döyülməsi faktının Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırılacağı bildirilib.Kim araşdıracaq? Heçkim! Əldə etdiyim məlumata görə, məktəbin direktoru Şahin Məmmədovun bacısı Ramina Məmmədova Göygöl rayon üzrə təhsil sektorunda ictimaiyyətlə əlaqələr şöbəsinin məsul səxsidir.Ümid qalır Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə. Bildirilir ki, direktor tərəfindən döyülən müəllim polisə rəsmi şikayət verib” deyə jurnalist öz paylaşımında qeyd edib.


Elcan
Missiya.Az



  • 13-12-2023, 10:43