AZ   |   RU
Paşinyanın cəza tədbirləri: Zəngəzurda kütləvi həbslərə başlayır

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurda həbslərə start verəcək. 
 

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın “Zoghovurd” nəşri məlumat yayıb. Qeyd olunur ki, yaxın günlərdə Zəngəzur bölgəsindən kütləvi həbslər gözlənilir.
 
Qəzetin iddiasına görə, Paşinyan əsas növbədənkənar seçkilər zamanı hüquq-mühafizə orqanlarının başqa siyasi qüvvələrlə işbirliyində olan əməkdaşlarını hədəf almaq istəyir. 
 
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur vilayətinin şəhərlərində “Zəngəzur dəhlizi”nin və növbədənkənar parlament seçkiləri zamanı onun əleyhinə təbliğat aparan vəzifəli şəxsləri, icma rəhbərlərini müxtəlif bəhanələrlə həbs etdirir. Məsələn, məhkəmə “Zəngəzur dəhlizi”nin əsas əlyehdarlarından olan Meğri şəhərinin sabiq meri Mxitar Zakaryan və Gorus şəhərinin Vorotan kəndinin icma başçısı Suren Ohancanyan 2 ay müddətinə həbs edib. Gorus icmasının Karahunj qəsəbəsinin inzibati rəhbəri Lusine Avetyan da həbs olunanlar sırasındadır. Medianın iddiasına görə, Ermənistanın sənaye nəhəngi Mis-molibden kombinatında keçirilən əməliyyatın da arxasında bilavasitə siyasi motivlər dayanır.

Elvin
Missiya.Az

  • 5-08-2021, 14:49