AZ   |   RU
Ermənistan və ABŞ müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuperlə müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib . 

Missiya.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb .

Təhlükəsizlik Şurasının rəhbərinin sözlərinə görə, görüş Qriqoryanın Amerika Birləşmiş Ştatlarına səfəri zamanı baş tutub. 

Dialoq çərçivəsində ikitərəfli müdafiə əməkdaşlığı məsələləri müzakirə edilib və Cənubi Qafqazda sabitliyin təmin edilməsinin vacibliyi vurğulanıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 5-12-2023, 11:57